"Beşiktaş" "Atalanta"dan icarəyə götürdüyü El Bilal Ture ilə bağlı qərarını verib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisi malili forvardın transfer hüquqlarına yiyələnəcək. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Turenin performansı məşqçilər korpusunu qane edib. "Qara qartallar" 24 yaşlı hücumçunu birdəfəlik transfer etmək üçün 15 milyon avroluq satınalma bəndini işə salacaq.

Qeyd edək ki, El Bilal Ture 2025-ci ilin yayından "Beşiktaş"da çıxış edir. O, "ağ-qaralar"ın heyətində keçirdiyi 14 oyunda 6 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest