Matçı Əliyar Ağayev idarə edib. Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli köməklik göstərib. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirib.
UEFA Avropa Liqasında Liqa mərhələsinin VII turunun oyunları keçirilib.
Matc.az xəbər verir ki, İsveçrənin "Yanq Boyz" klubu doğma meydanda "Lion"u qəbul edib. Qarşılaşma Fransa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçı Əliyar Ağayev idarə edib. Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli köməklik göstərib. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirib.
Azərbaycanlı FIFA referisi hər komandaya 3 sarı vərəqə göstərib. O, "Yanq Boyz"un 61-ci dəqiqədə vurduğu qolu ofsayda görə ləğv edib.
7 turdan sonra 18 xal toplayan "Lion" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. 9 xalı olan "Yanq Boyz" isə 12-ci yerdədir.












