23 Yanvar 2026, 14:08
FUTBOL
"Arsenal"ın yarımmüdafiəçisi Kristian Nerqor karyerasını Niderlandda davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Goal.com" saytı məlumat yayıb.
"Ayaks" danimarkalı futbolçunun xidmətində maraqlıdır. Amsterdam təmsilçisi İngiltərə klubunda əsas heyətə düşə bilməyən 31 yaşlı dayaq yarımmüdafiəçisinin transferini yaxın günlərdə yekunlaşdırmağı planlaşdırır.
Qeyd edək ki, "Arsenal" Kristian Nerqoru mövsümün əvvəlində "Brentford"dan transfer edib. Danimarka millisinin üzvü "topçular"ın heyətində keçirdiyi 11 oyunda 1 qol ötürməsi edib.












