Sonuncu - D liqasının komandaları Avropada 40-55-ci hesab olunur. Bu yığmalardan biri - qrup qaliblərindən ən yaxşı nəticə göstərəni 4-cü səbətə düşəcək. Azərbaycan isə ən yaxşı qrup qalibi olmaq imkanını itirib.
Azərbaycan millisinin AVRO-2020-nin püşkatması zamanı hansı səbətdə yer alacağı dəqiqləşib. Matç.az saytı xəbər verir ki, Qurban Qurbanovun yetirmələri dekabrın 2-də təşkil olunacaq tədbirdə 5-ci səbətdə qərarlaşacaq.
Buna Millətlər Liqasının nəticələri səbəb olub.
Belə ki, yığmamız D liqasının 3-cü qrupunda ilk 2 yerdən birini təmin edib. Bu isə 6-cı – sonuncu səbətə düşmək təhlükəsinin qalmaması anlamına gəlir. Yəni millimiz İrlandiyanın paytaxtı Dublində keçiriləcək püşkatmada 5-ci "onluq"da yer alacaq.
İlk dəfə püşkatmanın səbətləri Millətlər Liqasının nəticələrinə əsasən müəyyənləşəcək. Komandalar öz liqalarında tutduğu ümumi sıralamaya əsasən ardıcıllıqla səbətlərə yerləşdiriləcək.
Sonuncu – D liqasının komandaları Avropada 40-55-ci hesab olunur. Bu yığmalardan biri – qrup qaliblərindən ən yaxşı nəticə göstərəni 4-cü səbətə düşəcək. Azərbaycan isə ən yaxşı qrup qalibi olmaq imkanını itirib. çünki artıq Gürcüstanın 13, yığmamızın 9 xalı var. Finişə 1 tur qaldığı üçün onları üstələmək mümkünsüzdü. Sonuncu – 6-cı səbətdə isə 4 qrupun sonuncusu və 3-cü yer sahibləri arasında ən zəifi qərarlaşacaq.
Qeyd edək ki, millimiz AVRO-2016 və Dç-2018-in seçmə mərhələlərinin püşkatmasında da 5-ci səbətdə yer alıb.