İspaniyanın "Atletiko" klubunun zədəli futbolçusu Joao Feliksin vəziyyəti məlum olub. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqanın 21-ci turu çərçivəsində keçirilən "Leqanes"lə oyunda (0:0) sıradan çıxan futbolçu əzələsindən zədələnib.
 
Portuqaliyalı futbolçunun zədəsinin ciddi olmadığı və sadəcə bir oyunu buraxacağı bildirilir. Feliks La Liqanın növbəti turunda keçiriləcək "Real"la oyunda iştirak edə bilməyəcək.
 
Feliks cari mövsümdə "Atletiko"nun heyətində 24 oyunda iştirak edib, 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 
"Real" – "Atletiko" oyunu fevralın 1-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest