01 İyul 2026, 17:20
FUTBOL
Brüno Jenezio "Marsel" klubunun baş məşqçisi postuna təyin edilib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fransa təmsilçisinin mətbuat xidməti yayıb.
Bildirilir ki, 59 yaşlı çalışdırıcı ilə imzalanan müqavilənin müddəti və detalları açıqlanmayıb. Media rəsmi anlaşmanın ikiillik olduğunu iddia edir.
Jenezio bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Həbib Beyeni əvəzləyib. Beyen cari ilin fevralından komandaya rəhbərlik edirdi.
Brüno Jezesionun son iş yeri 2 il çalışdıqdan sonra cari ilin mayında ayrıldığı "Lill" klubu olub. Onun yerinə isə "Lill"ə Davide Ançelotti gətirilib.
Jenezio karyerası ərzində "Vilfranş", "Bezanson", "Lion", "Pekin Qoan" və "Renn" kimi klublarda da işləyib.













