Ekvador millisinin baş məşqçisi Sebastyan Bekkasese komandanın 2026-cı il dünya çempionatının 1/16 finalında mübarizəni dayandırmasından sonra postunu tərk edib.
Matc.az xəbər verir ki, mütəxəssis bu barədə oyundan sonrakı mətbuat konfransında özü bəyan edib.
Müqavilə müddətinin başa çatdığını bildirən baş məşqçi vəd etdikləri uğuru qazana bilmədiklərini etiraf edərək vidalaşmaq vaxtının gəldiyini söyləyib: "Müqaviləmiz dünya çempionatı ilə birgə başa çatdı. Vəd etdiyimiz şeyi reallaşdıra bildiyimizi, yəni bu turniri tarixin ən yaxşısı etdiyimizi düşünmürəm. Bu gün mənim üçün vidalaşmaq növbəsidir. Getməli olduğumun səbəbi budur. Qalmaq istərdim, çünki futbolçulardan və rəhbərlikdən gördüyüm münasibət işimi davam etdirməyə əsas verirdi. Lakin sistemin necə işlədiyini anlayıram. Bu, ağrılı olsa da, qərarın aşkar olduğunu düşünürəm".
Qeyd edək ki, argentinalı mütəxəssis Ekvador millisinə 2024-cü ilin avqustundan rəhbərlik edirdi.













