01 İyul 2026, 13:28
FUTBOL
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 7-də keçiriləcək “Elbasani” (Albaniya) - BATE (Belarus) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.













