AVRO-2020-nin seçmə mərhələsinin 33 iştirakçısının püşkatmada yer alacağı səbət müəyyənləşib. Matç.az saytı xəbər verir ki, dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində baş tutacaq tədbirdə qitənin 55 yığması 6 səbətdə yer alacaq.

Millətlər Liqasının nəticələrinə əsasən ilk 5 səbətdə 10, sonuncuda 5 komanda qərarlaşacaq. Bu komandalardan 33-nün taleyinə aydınlıq gəlib.

1-ci və 2-ci səbətlərin hərəsində 8, 3-cü səbətdə 5, 4-cü səbətdə 7 komanda yer alıb. Azərbaycan millisinin qərarlaşacağı 5-ci səbətin 4, sonuncu səbətin isə 1 komandası bilinir.

Digər 22 millinin taleyinə isə bu gün və sabah baş tutacaq matçlar aydınlıq gətirəcək.

AVRO-2020-nin səbətləri

1-ci səbət:

Portuqaliya, İngiltərə, İsveçrə, Belçika, Fransa, İtaliya, Hollandiya, İspaniya

2-ci səbət:

Avstriya, Danimarka, İslandiya, Bosniya və Herseqovina, Rusiya, Ukrayna, Uels, İsveç

3-cü səbət:

Finlandiya, İrlandiya, Şimali İrlandiya, Serbiya, Türkiyə

4-cü səbət:

Kipr, Estoniya, Litva, Sloveniya, Albaniya, Yunanıstan, Monteneqro

5-ci səbət:

Azərbaycan, Lüksemburq, Moldova, Ermənistan

6-cı səbət:

San-Marino

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest