Fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı keçiriləcək. Matc.az xəbər verir ki, ötən gün Olimpiya Güləş Mərkəzində baş tutan mətbuat üçün açıq məşqdən sonra sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın heyəti açıqlanıb.
 
Artıq qitə birinciliyində çıxış edəcək qadın güləşçilərimizin tam siyahısı da müəyyənləşib. Hal-hazırda Türkiyənin Ədirnə şəhərində təlim-məşq toplanışını davam etdirən millimizin 8 üzvü Romada mübarizə aparacaq. Fevralın 10-da İtaliyaya yollanacaq heyətdə baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alacaq. 
 
Qeyd edək ki, eyni heyət ötən il Rumıniyanın paytaxtı Buxarestdə keçirilən analoji yarışda da çıxış etmişdi. Həmin Avropa çempionatında Manolova qızıl, Kolesnik, Qəmbərova və Omelçenko bürünc medal qazanmış və yığmamız komanda hesabında 4-cü yeri tutmuşdu.
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest