Topaz Premyer Liqasının VII turu xoşagəlməz hadisə ilə başlayıb. Matç.az saytı xəbər verir ki, "Zirə"nin futbolçusu Pərdis Fərcad-Azad zədə səbəbindən erkən əvəzlənib.

Hücumçu "Qəbələ" ilə "Dalğa Arena"dakı görüşün əvvəlində adi epizodda xəsarət alıb. Xoşagəlməz hadisədən sonra bir neçə dəqiqə meydanda qalmağa çalışan futbolçu oyunu davam etdirə bilmədiyini görüb və əvəzlənib.

Artıq qarşılaşmanın 18-ci dəqiqəsində Pərdis yerini Vüsal İsgəndərliyə verməli olub. Zədələndiyi üçün əsəbi olan futbolçu meydanı tərk edərkən də hisslərini cilovlaya bilməyib. O, plastik su qabını təpikləməyə də vaxt tapıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest