07 Fevral 2020, 23:43
MPL
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 16-cı turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib. O, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 16-cı turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib.
Matc.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"Maraqlı oyun keçdi. Hər iki komandanın qol epizodları oldu. Bu çempionatda fərqli "Keşlə" görürük. öz komandama gəldikdə isə, bu oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi yaxşı analiz etmişdik. Futbolçular plan üzrə hərəkət etdi. ümumən həm hücumda, həm müdafiədə yaxşı oynadıq. Futbolçuların komandaya uyğunlaşması üçün vaxt lazımdı. Rəqibin heyətində kifayət qədər təcrübəli futbolçular var. Hiss edirəm ki, oyunumuz getdikcə daha da yaxşılaşır. Futbolçulardan razı qaldım.
Gedən futbolçular həqiqətən əsas heyət üzvləri idi, sadəcə, onları saxlaya bilmədik. Futbolçulara inamımız, ümidimiz çox böyükdü. Hər birinə inanıram, amma onlar üçün də güvən vacibdi. Onlarla nəticə qazanmaq çətindi. Amma bu gün həm təcrübəli, həm də gənclər yaxşı oyun nümayiş etdirdi. Hər bir futbolçu daha yaxşı oyanmağa qadirdi. Bu, bizim maksimum gücümüz deyil.
Ruslan Qurbanovla Fəhmin Muradbəylinin vəziyyətinə gəlincə, Ruslanın dizində problem var idi. çalışırıq ki, ondan ehtiyatlı istifadə edək. Fəhmində isə ciddi zədə olmamalıdı. Bu gün bütün oyunçularımız yoruldu. 5 gün ərzində süni örtükdə iki güclü komanda ilə qarşılaşdıq. Növbəti oyuna istirahət edib, hazırlaşmağa vaxtımız olacaq".