08 Fevral 2020, 22:26
MPL
"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. O, 0:0 hesablı bərabərliklə başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib
"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
Matc.az xəbər verir ki, o, 0:0 hesablı bərabərliklə başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Necə komandaya qarşı oynayacağımızı bilirdik. "Qarabağ"ın gücündən danışmağa ehtiyac yoxdu. Yaxşı hazırlamışdıq. Qalib gəlmək istəyirdik. Futbolçular yaxşı çıxış etdilər. Azarkeşləri sevindirmək istəyirdik. Xüsusilə sabah "Forza Neftçi"nin ad günüdü. Növbəti oyunlarda qalib gəlib, azarkeşləri sevindirəcəyik.
- Qapıçı dəyişiklikliyinin səbəbi nə idi?
- İki təcrübəli, güclü qapıçımız var. Toplanışda Aqilə şans vermişdik, özünü yaxşı göstərmişdi. Xüsusi səbəb yoxdu.
- Dariodan narazı idiz sanki...
- Taktiki gediş var idi. Dario isə müdafiəyə gecikirdi. Məşqlərdə iştirak etmişdi. Amma zaman keçdikcə o hissəni bağladı və oyunumuz düzəldi.
- Dario toplanış zamanı əsas komanda ilə məşq etməmişdi. Belə oyunda onu meydana buraxmaq risk olmazdı?
- Hazırlıq keçmədiyini deməzdim. Burda komanda ilə hazırlaşmışdı. Fasilədən əvvəlki oyunlarda əsas heyətdə yer alırdı.
- Oyunda qol üçün nə çatmadı?
- Futbolçular çox əzmkar oynayırdılar, məsələn Namiq Ələsgərovun epizodunda dəqiqlik çatmadı. Nəzərə alaq ki, "Qarabağ"ın da çox güclü müdafiə xətti var.
- "Neftçi" bu heyətlə çempion olmaq gücündədi?
- ümumi sözlərlə danışmaq istəmirəm. Futbolçularla anlaşma çox vacibdi. Qarşıdakı oyunlarda daha ciddi oynayıb, qələbə qazanacağıq.