Topaz Premyer Liqasının VII turunun açılış oyunu xoşagəlməz hadisə ilə yekunlaşıb. Matç.az saytı xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov "Zirə"ylə görüşdən sonra keçirilən mətbuat konfransına qatılmayıb.

Bu isə artıq klubun cəzalanması anlamına gəlir. AFFA-nın İntizam Komitəsi buna görə cərimə tətbiq edəcək.

Lakin Qurbanovun konfransa qatılmamağı mümkün istefaya işarə olmalıdı. 0:1 hesablı məğlubiyyətdən sonra ciddi narahatçılıq keçirən Qurbanov dəhlizdə klub rəsmiləri ilə söhbət edib. 38 yaşlı çalışdırıcı klubun meneceri Səbuhi Səfiyarlıya "getmək istədiyini" deyərək, postundan ayrılmağa işarə vurub.

Bir neçə dəfə bunu təkrarlayan məşqçi sonda maşına minərək stadiondan uzaqlaşıb. Böyük ehtimalla, Qurbanov təkcə arenadan deyil, həm də postundan gedib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest