Azərbaycan millisinin AVRO-2020-nin pley-offundakı mümkün rəqibi bəllidi. Matç.az saytı xəbər verir ki, Qurban Qurbanovun yetirmələri bu gün Kosovoya qalib gəlsə, D liqasının pley-offunda Gürcüstanla qarşılaşa bilər.

Təbii ki, bunun üçün D liqasının qrup qaliblərindən heç biri AVRO-2020-nin seçmə mərhələsini adlaya bilməməlidi.

Məsələ ondadı ki, Millətlər Liqasının reqlamentinə görə seçmə mərhələni keçə bilməyən, lakin öz liqasının qrupunda ən yaxşı nəticə göstərən komandalar pley-offa yüksələcək. Bu 4 komanda arasında cütlər püşklə deyil, göstərdikləri nəticələrlə müəyyənləşəcək.

Hər liqadakı "dördlüy"ün ən yaxşısı ən zəiflə qarşılaşacaqsa, digərləri bir-biri ilə üz-üzə gələcək. İndiki vəziyyətdə D liqasının 3 qrup qalibi bəllidi.

Onlardan Gürcüstan 16, Makedoniya 15, Belarus 14 xalla 1-ci yeri tutub. Azərbaycan yığması Kosovoya qalib gəlsə, aktivini 12 xala çatdıracaq. Bununla da millimiz "dördlük"də sonuncu olacaq.

Əgər bu 4 komandadan heç biri final mərhələsinə seçmə oyunlarından qatılmasa, 2020-ci ilin martında Azərbaycan ən yaxşı – Gürcüstanla görüşəcək. Makedoniya isə Belarusu sınağa çəkəcək. Lakin bu komandalardan hər hansının seçmə mərhələdəki sensasiyası cütlərin tərkibinə dəyişəcək.

Qeyd edək ki, Kosovo millisi heç-heçə ilə qrup birincisi olsa, mümkün cütlər ciddi dəyişməyəcək. Onların qələbəsi isə Gürcüstanın Belarus, Balkan təmsilçilərinin bir-biri ilə görüşməsi ehtimalını yaradacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest