15 Fevral 2020, 19:23
MPL
"Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Paytaxt klubunun xorvatiyalı çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib
"Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.
Matc.az xəbər verir ki, paytaxt klubunun xorvatiyalı çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
"Düşünürən ki, 70-75 dəqiqə gözəl oynadıq. 90 dəqiqə yüksək səviyyədə oynaya bilmərik, biz "Barselona" deyilik. Buraya gələndən sonra ilk dəfə ən yaxşı 70-75 dəqiqəlik oyunumuz idi. "Sumqayıt"ın formada olduğunu bilirdik. Yarımmüdafiəçiləri güclü idi. Bu üzdən onların paslaşmasına icazə vermək istəmirdik. Heyətdə 3 limit oyunçu var idi. Kim özünü göstərəcəksə, onlar da oynayacaq. Lazım gəlsə, 5 gənc də oynadarıq. Komandadakı bütün futbolçular mənim üçün eynidi. Adı olub, heç nə etməyən oyunçunu nə edirəm?"