AVRO-2020-nin seçmə mərhələsinin səbətləri müəyyənləşib. Matç.az saytı xəbər verir ki, Millətlər Liqasının əsas raundu başa çatdıqdan sonra UEFA qitənin 55 komandasının 7 hissəyə bölündüyünü açıqlayıb.
Dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək püşkatmanın bu səbətrləri ilk dəfə Millətlər Liqasının nəticələrinə görə müəyyənləşib. Avropanın 55 yığmasının bölündüyü 7 səbətdən ikisi – Millətlər Liqası və 1-ci səbət əslində eyni "onluq" sayılır. Sadəcə Millətlər Liqasının "Dördlər finalı"na yüksələnlərin 5 komandalı qrupa düşməsi üçün onlar ilk səbətin digər iştirakçılarından fərqləndirilib.
Digər səbətlərin dördündə 10, birində 5 komanda var. Millətlər Liqasında uğursuz çıxış edən Azərbaycan yığması püşkatmada 5-ci səbətdə qərarlaşacaq.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində 5 qrupda altı, 5 qrupda beş komanda mübarizə aparacaq. Hər qrupdan ilk iki yeri tutan yığmalar final mərhələsinə yüksələcək.
AVRO-2020-nin səbətləri
ML səbəti:
Portuqaliya, İngiltərə, İsveçrə, Hollandiya
1-ci səbət:
Belçika, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Polşa
2-ci səbət:
Almaniya, İslandiya, Avstriya, Danimarka, Bosniya və Herseqovina, Rusiya, Ukrayna, Uels, İsveç, çexiya
3-cü səbət:
Finlandiya, İrlandiya, Şimali İrlandiya, Serbiya, Türkiyə, Slovakiya, Norveç, Şotlandiya, Bolqarıstan, İsrail
4-cü səbət:
Kipr, Estoniya, Litva, Sloveniya, Albaniya, Yunanıstan, Monteneqro, Gürcüstan, Macarıstan, Rumıniya
5-ci səbət:
Azərbaycan, Lüksemburq, Moldova, Ermənistan, Belarus, Cəbəllütariq, Qazaxıstan, Kosovo, Makedoniya, Farer adaları
6-cı səbət:
San-Marino, Andorra, Latviya, Lixtenşteyn, Malta