Azərbaycan taekvondoçuları İsveçin Helsinqborq şəhərində keçirilən Avropa regionu üzrə sayca 5-ci olan "Prezident Kuboku" yarışında 4 medal qazanıblar. 
 
Matc.az xəbər verir ki, milli komandanın heyətində Payam Qobadi Oğaz 87 kq çəki dərəcəsində qızıl medala sahib olub.
 
Digər taekvondoçulardan Ayxan Tağızadə (74 kq), Radik İsayev (87+ kq) və Patimat Abakarova (53 kq) yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub.
 
Yığmanın üzvləri fevralın 22-də keçiriləcək "Helsinqborq Open" beynəlxalq turnirində də qüvvələrini sınayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest