22 Fevral 2020, 19:24
MPL
"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, 49 yaşlı mütəxəssis 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında istədiyi komandanı meydanda gördüyünü söyləyib
"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, 49 yaşlı mütəxəssis 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında istədiyi komandanı meydanda gördüyünü söyləyib:
"Hər zaman qələbə xoş hisslər yaradır. Ardıcıl iki oyun məğlub olmuşduq. Bu əzmkarlıq və istəyin davamını gətirməliyik. İki məğlubiyyətdən sonra kollektivi motivasiya etmək çox çətindi. Futbolçuları qələbə münasibətilə təbrik edirəm. Daha çətin oyunlarımız olacaq. Bu qarşılaşmanı unutmalıyıq.
Əhmədov matçın sonlarında Tural Bayramlıda yorğunluq olduğunu hiss etdiyi üçün onu Pərviz Azadovla əvəzlədiyini deyib: "Pərvizi start heyətində meydana buraxmaq istəyirdim. Pərviz hesabdan asılı olmayaraq, bu gün meydana çıxacaqdı".
çalışdırıcı hücumçu Lorenzo Frutosun oyuna ehtiyatdan başlamasını rəqiblə əlaqələndirib: "Neftçi" ilə oyundan sonra hərarəti qalxmışdı. Frutos bir neçə məşqi buraxdı. Hələ ki, tam formada deyil. Rəqibin müdafiəsinə görə Aleksandr Kristovaoya şans verdik".