"Keşlə"nin yarımmüdafiəçisi Sezar Meza Kolli Azərbaycan Premyer Liqasının XVIII turunda "Zirə" ilə keçirilən oyundan sonra brifinq keçirib.
 
Matc.az saytının məlumatına görə, paraqvaylı futbolçu 4:0 hesabı ilə qalib gəldikləri matçı dəyərləndirib. Jurnalistlərin suallarını cavablandıran Sezar eyni zamanda milliləşdirilməsinə də aydınlıq gətirib:
 
- Yəqin nəticədən məmnun qaldınız...
- çətin oyun idi. Bu matça hazırlaşmaq üçün bir həftə ərzində yaxşı məşq etdik. Bacardığımızı ortaya qoyduq.
 
- "Zirə" ötən turda "Qarabağ"a 0:6 hesabı ilə məğlub olmuşdu. Rəqibin psixoloji cəhətdən toparlanmaması hiss olunurdu?
- Onların hansı formada olması bizim üçün maraqlı deyildi. çünki özümüzün hansı formada olmağımız daha önəmli idi.
 
- Azərbaycan vətəndaşlığı almaq təklifi sizdən, yoxsa AFFA-dan gəldi?
- Hələ heç nə baş verməyib, baxacağıq. Hazırda yalnız "Keşlə"də məşq edirəm. Daha sonra nə olacaq, bilmirəm.
 
- Vətəndaşlığı hələ almamısınız?
- Xeyr. Azərbaycanda çox xoşbəxtəm. Məsələnin necə bitəcəyini hələ bilmirəm.
 
- Bəs nə vaxt dəqiqləşəcək?
- Bu barədə yalnız AFFA bilir. Mən xəbərsizəm.
 
- Azərbaycan millisində oynamaq istəyiniz var?
- Mənim üçün şərəf olardı. çünki uzun müddətdir ki, burdayam, Azərbaycanda özümü yaxşı hiss edirəm, xoşbəxtəm.
 
- Azərbaycan millisi elə də güclü komanda deyil. Yığmaya hansı köməyiniz dəyə bilərmi?
- Mən əlimdən gələnin ən yaxşısını edirəm. Millinin yeni baş məşqçisi təyin olunduqdan sonra bu məsələləri o daha yaxşı biləcək. Millidə oynayıb-oynamayacağımla bağlı kimin qərar verəcəyini deyə bilmərəm. Yeni baş məşqçi məni yığmada görmək istəsə, məmnuniyyətlə qəbul edəcəyəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest