06 Oktyabr 2018, 00:03
FUTBOL
"Zirə"nin futbolçusu İlkin Qırtımov cəzalı duruma düşüb. Matç.az saytının məlumatına görə, müdafiəçi mövsümdə 4-cü sarı vərəqəsini alıb.
Bu, Topaz Premyer Liqasının VII turunda baş verib. "Qəbələ"ylə görüşdəki xəbərdarlıq İlkinin önündə "qırmızı işıq" yandırıb.
Qırtımov fasilədən sonra keçiriləcək VIII turu buraxmalı olacaq. Müdafiəçi "Qəbələ" ilə matça qədər "Sabah" və "Neftçi" ilə ev, "Sumqayıt"la səfər qarşılaşmasında sarı vərəqə görmüşdü.