"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. O, qolsuz başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, qolsuz başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Bizim üçün ağır oyun oldu. Rəqib azlıqda olduğu üçün də hər iki komanda böyük güc sərf etdi. İki komandanın da qol imkanları oldu. Rəqibin qapanacağını bilirdik. Rəqib azlıqda qalanda da planımıza sadiq qaldıq. Bu gün son nöqtəni qoymaq çətin oldu. Oyunun idarəsi bizdə idi. Hücum xəttimizdə futbolçularımız azdı. Dəyişiklik etmək şansımız olmur. Təhülkəli epizodlar yaratsaq da, son nöqtəni qoya bilmədik. Son dəqiqələrdə də hesab açıla bilərdi. Rəqib futbolun sürətini aşağı salmağa çalışırdı. İlk dəqiqələrdən oyunun sürətini aşağı salmaq və hakimin bunu hiss etməməsi bizi məyus etdi. Hər iki komanda 1 xal qazandı. Rəqibi də təbrik edirəm.
 
Kifayət qədər imkanlarımız var idi. İlk hissədə qol vura bilsəydik, fərqli olardı. Hücum xəttimizi gücləndirmək şansımız yoxdu. Futbolçularımızın oyunundan narazı qala bilmərəm.
 
Şəhriyar Rəhimovun ailəsində itki olub. Bir neçə məşqdə iştirak etməyib. ümumi oyundan razı qala bilərik. Oyunun bütün idarəsi bizdə idi. Sonluqda dəqiq ola bilmədik. Premyer Liqada yalnız bizdə hücumdakı futbolçular yerlidi. Əlimizdə geniş seçim olsaydı, uğur qazana bilərdik. "Sabah" əks-hücumda yaxşı oynayır. Oyun planımızı pozmaq istəmədik. Yaxşı epizodlarımız oldu. Saşa Stamenkoviç də yaxşı çıxış etdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest