23 Fevral 2020, 18:36
MPL
"Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Xorvatiyalı mütəxəssis qolsuz başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib
"Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.
Matc.az xəbər verir ki, xorvatiyalı mütəxəssis qolsuz başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"Bir xal qazandığımız üçün xoşbəxtik. Yaxşı mübarizə apardıq. Nəticədə 1 xal qazandıq. Milli üzvü olan Cavid İmamverdiyev, Təmkin Xəlilzadə, Coşqun Diniyev, Rəşad Eyubov niyə ehtiyatda qalmışdılar? Yaxşısansa, oyanayacaqsan, deyilsənsə, kənarda qalacaqsan. Mənim komandamda yaxşı olanlar oynayır. Məsələn, Təmkin niyə ehtiyatda başlamasını özü yaxşı bilir. Marko Deviçlə Ulisse Dialloya gəlincə, Deviç zədəlidi. "Qarabağ"la oyunda meydanda ola bilər. Bizdə Diallodan daha yaxşı futbolçular var və meydana çıxırlar. Ramil Şeydayev çox yaxşı məşq edir. Ancaq biz başa düşməliyik ki, fərdi məşqlər edir. Bizə qoşulduqdan sonra oyunlarda iştirak edə bilər. Bəlkə də, qırmızı vərəqə olmasaydı, ona 30 dəqiqə şans verə bilərdim. Ramillə bağlı risk etmək istəmirik. çox dəqiqə alıb, zədələnməsini istəmirəm. Məşqlərdə çox yaxşı çalışır.
Desəm ki, qırmızı vərəqə olmasaydı, hesab fərqli olardı, bu, düzgün olmazdı. Bizim üçün çətin oyun oldu. Matçın çox hissəsini azlıqda oynamaq asan deyil. Biz dəli kimi topun arxasınca qaçmalı idik. Rəqibin də qol imkanları oldu. Son 15 dəqiqəni yaxşı oynadıq. Bəxtimiz gətirsəydi, qələbə də qazana bilərdik. Növbəti turda Azərbaycanın ən yaxşı komandalarından olan "Qarabağ"la oynayacağıq. çalışacağıq ki, bacardığımız qədər onlardan xal götürək.
Matçın əvvəlində qırmızı vərəqə alan Yevgeni Koçukla bağlı fikirlərimi paltardəyişmə otağında dedim. Burda bunu açıqlamaq istəmirəm. Qırmızı vərəqə situasiyasını lazımsız hərəkət kimi dəyərləndirirəm".