24 Fevral 2020, 22:51
DÖYÜŞ NÖVLƏRİ
Boks üzrə qadınlardan ibarət Azərbaycan millisində yeni məşqçi təyinatı rəsmiləşib.
Matc.az xəbər verir ki, 29 yaşlı Elvin Məmişzadəyə yığmanın böyük məşqçisi vəzifəsi həvalə edilib.
Dünya çempionu və Avropa Oyunlarının qalibi baş məşqçi Elbrus Rzayevin əsas köməkçisi funksiyasını yerinə yetirəcək. Artıq o, olimpiya təsnifat turnirləri üçün hazırlaşan komandanın düşərgəsinə qoşulub.
Elbrus Rzayevin yetirməsi olan Məmişzadə 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarının və Dohada təşkil olunan dünya çempionatının qalibi adına yiyələnib. Onun medal kolleksiyasında Avropa çempionatının gümüş (2010, Moskva) və bürünc (2013, Minsk) mükafatları da var.