"Zirə" qələbəsiz oyunlar seriyasına son qoyub. Matç.az saytı xəbər verir ki, qəsəbə təmsilçisi mövsümdə ilk qələbəsini Topaz Premyer Liqasının VII turunda əldə edib.

öz meydanında "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edən bakılılar 6 oyunluq qələbə həsrətinə son qoyub. "Zirə" sonuncu dəfə ötən mövsümün axırıncı matçında qalib gəlmişdi.

Mayın 20-də səfərdə "Sumqayıt"ı məğlub edən "mavi-qırmızılar" 137 gündən sonra qalib gəlib. Cari mövsümə heç-heçə ilə başlayıb, ardınca 5 məğlubiyyəti sıralayan komanda bu seriyaya da son qoyub.

Qələbə həm də Samir Abasovun ilk xalları kimi diqqət çəkib. Maraqlıdı ki, "Zirə" son qələbəsini məhz onun çalışdırdığı "Sumqayıt" üzərində qazanmışdı.

Qeyd edək ki, ilk oyununda "Keşlə" ilə heç-heçəyə (2:2) imza atan zirəliləri ardınca "Sabah" (0:2), "Səbail" (-:+), "Neftçi" (1:2), "Qarabağ" (2:3) və "Sumqayıt"a (0:1) uduzmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest