"Qarabağ"ın müdafiəçisi Ailton Ferreyranın komandadan ayrılacağı iddia edilib. Matc.az saytının "Bild" nəşrinə istinadən məlumatına görə, Ağdam təmsilçisinin futbolçunu transfer edəcəyi real görünmür.

Buna səbəb, klubun Ailton üçün 1,5 milyon avro ödəyə bilməyəcəyi göstərilib. 24 yaşlı müdafiəçinin komandadan ayrılacağı qeyd olunsa da, onun "Ştutqarta" dönəcəyinin inandırıcı olmadığı vurğulanır.

Qeyd edək ki, Ailton Ferreyra ötən mövsümdən icarə əsasında "Qarabağ"da çıxış edir. O, müqavilə ilə "Ştutqart"a məxsusdur. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest