Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib. Matc.az xəbər verir ki, turun açılış matçında "Sumqayıt" "Keşlə"ni qəbul edib.
 
Komandaların turnir cədvəlində bir-birlərinə yaxın olması oyuna olan marağı artırmışdı. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. "Kimyaçılar" qarşılaşmada iki dəfə önə keçsə də, görüş 2:2 hesabı ilə sona çatıb.
 
Günün digər oyunu isə lider "Qarabağ"la "Sabah" arasında baş tutub. Bu görüşdə isə qapılara qol vurulmayıb.
 
Tura sabah keçiriləcək "Zirə" – "Qəbələ" və "Neftçi" – "Səbail" oyunları ilə yekun vurulacaq.
 
Azərbaycan Premyer Liqası
XIX tur
29 fevral
 
"Sumqayıt" - "Keşlə" 2:2
Qol: Peyman Babayi (1:0), 4, Vüsal İsgəndərli (1:1), 10, Rəhim Sadıxov (2:1), 59, Slavik Alxasov (2:2), 80
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Sumqayıt. "Kapital Bank Arena", 16:00.
 
"Qarabağ" - "Sabah" 0:0
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Fərid Hacıyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest