FİFA klubların mart və aprel aylarında milliyə oyunçu göndərmə məcburiyyətini qaldırıb. Matc.az xəbər verir ki, bu barədə qrumun rəsmi saytında məlumat verilib.

Məlumata görə, bəzi komandalar son yaşananlardan dolayı önəmli oyunçularını itiriblər. Bu səbəbdən aradakı rəqabətin pozulmaması üçün belə bir qərar verilib.

Bununla yanaşı, iclasda mart və apreldə planlanan bütün beynəlxalq görüşlərin təxirə salınması təklif edilib.

Qeyd edək ki, artıq Asiya və Cənubi Amerikada dünya çempionatının seçmə oyunları təxirə salınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest