"Real"In futbolçusu Rodriqo klubdakı vəziyyətindən narazıdır.

Matc.az "Marca" nəşrinə istinadən xəbər verir ki, braziliyalı vinger "Kral klubu"ndan ayrılmaq istəyir.

Rodriqo ötən həftəsonu "Barselona" ilə keçirilən "El Klasiko"da (3:4) oynamaqdan imtina edib. Ulduz futbolçu özünü Cud Bellingem və Kilian Mbappenin kölgəsində hiss edir. 24 yaşlı oyunçu ona dəyər verilmədiyini hiss edir.

Qeyd edək ki, Rodriq bu mövsüm "Real"ın heyətində keçirdiyi 50 oyunda 13 qol vurub, 10 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest