25 Mart 2020, 10:32
FUTBOL
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim səhhəti ilə bağlı açıqlama verib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis hər şeyin yaxşı olduğunu bildirib:
"Panikaya qapılmayın, hər şey qaydasındadır. çox yaxşıyam. İnşallah, bunu da məğlub edəcəyik. özünüzə və ailənizə yaxşı baxın".
Qeyd edək ki, Terim bir neçə gün öncə koronavirusa yoluxduğunu açıqlamışdı.