26 Mart 2020, 15:45
FUTBOL
"Leyptsiq"in yarımmüdafiəçisi Marsel Sabitser karyerasını "Tottenhem"də davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Bildirilir ki, London klubunun baş məşqçisi Joze Mourinyo futbolçunun transfer edilməsini tələb edib. O, çempionlar Liqasının 1/8 final mərhələsinin hər iki görüşündə də "Tottenhem"in qapısına qol vurmuşdu.
Sabitserin klubu ilə müqaviləsi 2022-ci ildə başa çatır. Oyunçunun Almaniyadan ayrılmağı düşünmədiyi bildirilir. Ancaq London təmsilçisinin onun üçün 50 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.
Avstriyalı bu mövsüm Bundesliqada 25 oyun keçirib və 8 qol vurub.