"Gərgin oyun keçdi. Düşünürəm ki, qalib də gələ bilərdik. Amma bacarmadıq və qələbəni əldən verdik. "Qarabağ"a qarşı 1:1 hesabı ilə heç-heçə etmək yaxşı nəticədir. Bizim hələ ki, bir məqsədimiz var. O da bu mövsüm Premyer Liqada qalmaq. Komandamı təbrik edirəm. Qarşıdakı "Neftçi" ilə matça qələbə üçün çıxacağıq". Matç.az xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Cavid İmamverdiyev Topaz Premyer Liqasının XII turunda "Qarabağ"la 1:1 heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi jurnalistlərin suallarını da cavablandırıb.

- Qələbə qazana biləcəyinizi vurğuladınız, amma ikinci hissədə müdafiədə oturdunuz...

- Ən azından qol buraxmasaydıq, qalib gələcəkdik. Hətta ikinci qolu da vura bilərdik. Amma alınmadı.

- "Sabah" bu matçda iki xal itirdi?

- Xeyr. Belə düşünmürəm. "Qarabağ" kimi komanda ilə heç-heçə oynamaq bizim üçün yaxşı nəticədi.

- Növbəti turda "Neftçi" ilə oynayacaqsınız. Həmin matç barədə nə deyə bilərsiniz?

- Nə olursa olsun, əlimizdən gələni edəcəyik ki, "Neftçi" ilə görüşdə qələbə qazanaq. Komandama inanıram. Bunu edə bilərik.

- Komandanın bombardiri Deviç də zədəsini sağaldaraq sıraya dönür...

- Sözün açığı o barədə məlumatım yoxdur. İnanıram ki, tez sağalar. Onun hücum xəttində olmağı bizim üçün böyük üstünlükdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest