Dünya Güləş Birliyi (UWW) sərbəst güləşdə olimpiya çəkiləri üzrə yeni reytinq sıralamasını açıqlayıb. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının iki üzvü öz çəkilərində ilk "10-luq"da yer alıb.
 
Dünya çempionatında gümüş medal qazanan Şərif Şərifov (91 kq) 40 xalla 3-cü yerdədi.
 
Avropa çempionatında bürünc medal əldə edən Camaləddin Məhəmmədov (125 kq) isə 34 xalla 4-cü pillədə qərarlaşıb.
 
Qeyd edək ki, reytinq sıralaması dünya çempionatı və ondan sonra keçirilən mühüm turnirlərin nəticələrinə əsasən formalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest