Bildirilir ki, Premyer Liqa ləğv olunarsa, klublar yayım və reklam gəlirlərindən ciddi ziyana uğrayacaqlar. Ən böyük zərbə isə "Mançester Yunayted"ə dəyəcək.
İngiltərə Premyer Liqası koronavirus üzündən ləğv olunarsa, klublar ciddi maliyyə böhranı yaşaya bilər. Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilir ki, Premyer Liqa ləğv olunarsa, klublar yayım və reklam gəlirlərindən ciddi ziyana uğrayacaqlar. Ən böyük zərbə isə "Mançester Yunayted"ə dəyəcək.
"Qırmızı şeytanlar" çempionatın bərpa edilməməsi təqdirdə 116,2, "Mançester Siti" 109,3, "Liverpul" isə 102,6 milyon funt sterlinq zərər edəcək.
Əgər çempinonat davam etməsə, liqanın yayım hüququna malik telekanallar Premyer Liqa üçün ödədikləri pulu geri istəyəcəklər. Bu da təxminən 903 milyon funt sterliq edir.