Topaz Premyer Liqasının XII turundan sonra 7 futbolçu cəzalı duruma düşüb. Matç.az saytı xəbər verir ki, onlardan biri qırmızı, digərləri sarı vərəqə limitinə görə növbəti oyunu buraxacaq.

Sərtan Taşkın ("Keşlə"), Yakub Jezniçak ("Qarabağ"), Ceyms Adeniyi ("Qəbələ"), Erik Ramos ("Sabah"), Şəhriyar Əliyev ("Sumqayıt"), Adil Nağıyev ("Zirə") mövsümdə 4-cü xəbərdarlığı aldıqları üçün "istirahət" qazanıb. Tome Kitanovski ("Səbail") isə qırmızı vərəqə üzündən XIII turda oynamayacaq.

Qeyd edək ki, XIII turun matçları dekabrın 1-2-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest