Topaz Premyer Liqasının XII turunda 1 penalti təyin edilib. Matç.az saytı xəbər verir ki, "Səbail"lə görüşdə 11 metrlik cərimə zərbəsi imkanı qazanan  "Neftçi" mövsümdə ilk dəfə belə şans əldə edib.

"Ağ-qaralar"ın kapitanı Emin Mahmudov bu zərbəni dəqiq yerinə yetirib. Bu, mövsümün 10-cu penaltisi olub. 11 metrlik nöqtədən vurulan zərbələrdən 8-i dəqiq yerinə yetirilib. Bu da 80 faizlik istifadə deməkdi.

Premyer Liqanın 8 komandasından yalnız biri – "Zirə" arxada qalan turlarda penalti vurmayıb. 3 komanda isə belə cəzaya məruz qalmayıb. Bunlar "Neftçi", "Qarabağ" və "Qəbələ"di.

Penalti vuran komandalar: "Qarabağ" – 3 (1-i qeyri-dəqiq), "Səbail" – 2 (1), "Keşlə", "Neftçi", "Qəbələ", "Sabah", "Sumqayıt" – hamısı 1.

Penalti ilə cəzalanan komandalar: "Sumqayıt" – 3 (1-i qeyri-dəqiq), "Keşlə", "Səbail" – hərəsi 2, "Sabah" – 2 (1), "Zirə" – 1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest