Azərbaycan millisini çalışdırmağa namizəd Canni De Byazi A Seriyasının tamamlanacağına əmin deyil. Matc.az xəbər verir ki, "Marca" nəşrinə danışan italiyalı mütəxəssis avrokuboklara vəsiqə qazanan komandaların təyin edilməli olduğunu bildirib:
"Hazırkı vəziyyətdə İtaliya çempionatının bərpasının mümkün olacağından əmin deyilik. Məncə, çempionlar Liqası və Avroliqaya vəsiqə qazanan komandaları seçmək lazımdır. Koronavirusun yaratdığı durum normal deyil. Bunun nə zaman bitəcəyi barədə dəqiq heç nə deyilmir".