Fransa çempionatı iyunun 17-də bərpa oluna bilər. Matc.az xəbər verir ki, federasiya rəsmiləri liqanın bir ay ərzində başa çatdırıla biləcəyinə əmindir.

Məlumata görə, qarşılaşmalar üç gündən bir keçiriləcək. Buna səbəb komandaların əsas liqaya və avrokuboklara qatılmaq üçün oynayacaqları pley-off görüşlərinə mane olmamaqdır.

Qeyd edək ki, ölkə rəhbərliyi iyula qədər bütün tədbirlərə qadağa qoyub. Ancaq vəziyyət düzələrsə, yarışlar daha erkən başlaya bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest