Topaz Premyer Liqasının XII turunun rəmzi komandası açıqlanıb. Matç.az saytı xəbər verir ki, "İnStat" şirkətinin  təhlilinə əsasən tərtib edilən "11-lik"də "Qəbələ" daha çox – 4 oyunçu ilə təmsil olunub.

"Neftçi", "Qarabağ" və "Zirə"nin hərəsinin iki futbolçusu rəmzi komandada yer alıb. "Sabah"ın isə bir üzvü "11-liy"ə daxil edilib.

Qapıçı: Səlahət Ağayev ("Neftçi") – 6
Müdafiəçilər: Təmkin Xəlilzadə ("Qəbələ") – 3, Voislav Stankoviç ("Qəbələ") – 2; Yakub Jezniçak ("Qarabağ") – 3; Abbas Hüseynov ("Qarabağ") – 4
Yarımmüdafiəçilər: Ceyms Adeniyi ("Qəbələ") – 4; Emin Mahmudov ("Neftçi") – 3; İlkin Muradov ("Zirə");  Bilal Həmdi ("Zirə") – 2
Hücumçular: Cavid İmamverdiyev ("Sabah") – 2; Stiven Monroz  ("Qəbələ") – 3.

Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest