03 Sentyabr 2025, 10:44
FUTBOL
"Sevilya"dan ayrılan Keleçi İheanaçonun yeni klubu müəyyənləşib.
Matc.az xəbər verir ki, nigeriyalı hücumçu Şotlandiyaya üz tutub.
İheanaço "Seltik"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı forvardla 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Keleçi İheanaço ötən mövsüm "Sevilya"nın heyətində keçirdiyi 26 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.