03 Sentyabr 2025, 10:54
FUTBOL
"Fənərbaxça"nın futbolusu Cengiz Ünder İstanbulda klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayır.
Türkiyəli vinger "Beşiktaş"ın hədəfindədir. "Qara qartallar"ın baş məşqçisi Sergen Yalçın 28 yaşlı oyunçunu komandasında görmək istəyir.
Qeyd edək ki, Cengiz Ünder ötən mövsümün ikinci yarısında "Los Anceles" klubunun formasını geyinib.