03 Sentyabr 2025, 11:59
FUTBOL
Zədə səbəbindən 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq Romelu Lukaku siyahıya daxil edilməyib. Belçikalı forvard Liqa mərhələsinin oyunlarında iştirak etməyəcək.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Napoli"nin turnir üçün heyəti müəyyənləşib.
Matc.az xəbər verir ki, İtaliya çempionu iştirak ərizəsini UEFA-ya təqdim edib.
Neapol təmsilçisinin siyahısında 24 futbolçu yer alıb. Zədə səbəbindən 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq Romelu Lukaku siyahıya daxil edilməyib. Belçikalı forvard Liqa mərhələsinin oyunlarında iştirak etməyəcək.
Qeyd edək ki, "Qarabağ"ın "Napoli" ilə oyunu 25 noyabr tarixində İtaliyada baş tutacaq.