03 Sentyabr 2025, 15:58
FUTBOL
"Rubin" "Beşiktaş"ın futbolçusu Ernest Muçini transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Kazan təmsilçisi albaniyalı vingeri icarəyə götürməyə çalışır. Hazırda klublar arasında danışıqlar gedir. "Rubin" 24 yaşlı oyunçunun maaşının yarısını ödəməyə hazırdır.
Qeyd edək ki, "Beşiktaş" Ernest Muçini ötən ilin fevral ayında "Legiya"dan transfer edib. Albaniya millisinin üzvü bu mövsüm "qara qartallar"ın heyətində 6 oyunda iştirak edib.