06 Oktyabr 2018, 18:29
FUTBOL
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"ın aparıcı hücumçusu Pyer-Emerik Obameyanqın durumuna aydınlıq gəlib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu artıq sıraya dönüb.
29 yaşlı forvard səhhətində yaranan problemə görə, Bakıya gətirilməmişdi. Həkimlər Obameyanqın artıq tamam sağaldığını və Premyer Liqanın VIII turunda "Fulhem"lə keçiriləcək matça hazır olduğunu bildiriblər.
Qeyd edək ki, sabah keçiriləcək "Fulhem" – "Arsenal" görüşü Bakı vaxtı ilə 15:00-da başlayacaq.