İspaniyanın "Betis" klubu hücumçusu Loren Moronla müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
26 yaşlı ispaniyalı forvardla müddəti 2024-cü ilin yayında başa çatacaq yeni müqavilə imzalanıb. Əvvəlki müqavilənin müddəti 2022-ci ilin yayına qədər idi.
 
Karyerası ərzində "Estepona", "Marbelya" və "Veles" klublarının da şərəfini qorumuş Moron, "Betis"də 2015-ci ildən çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest