Futbol üzrə Türkiyə Kubokunda ilk finalçının adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, finala adlayan birinci komanda “Beşiktaş” olub.

Yarımfinal mərhələsinin ilk oyununda “Ankaragücü” ilə qolsuz heç-heçə edən “qara qartal” öz meydanında rəqibinə qalib gəlməyi bacarıb. Ernest Muçinin 70-ci dəqiqədə vurduğu yeganə qol “Beşiktaş”ın finala adlaması üçün yetərli olub - 1:0.

Kubokda ikinci finalçı yarımfinalın "Fatih Karagümrük" və "Trabzonspor" arasında baş tutacaq cavab matçından sonra müəyyənləşəcək.

Qeyd edək ki, Türkiyə Kubokunun finalı isə mayın 23-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest