Şotlandiyalı azarkeş Kreyq Ferqyuson 2024-cü il Avropa çempionatına yollanmaq üçün uzun səfərə çıxıb.
 
Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 20 yaşlı azarkeş Avro-2024-də Şotlandiya - Almaniya matçını canlı izləmək üçün Qlazqodan Münhenə piyada getməyə qərar verib.
 
Oyun iyunun 14-nə keçiriləcək. Qlazqo ilə Münhen arasındakı məsafə 1700 km-dən çoxdur. Ferqyuson bu marşrutla İngiltərə, Niderland, Belçika və Lüksemburqdan keçməyi planlaşdırır.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest