PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra UEFA-nın rəsmi saytına açıqlama verib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis yarımfinalda Dortmund “Borussiya”sına məğlubiyyəti şərh edib.

Onun fikrincə, yenilgini də qəbul etmək lazımdı: “Heç vaxt matçdan sonra futbolçularımla danışmıram. Amma bu dəfə bir istisna etdim. Onlarla ayrı-ayrılıqda danışdım. Yalnız necə qalib gələcəyinizi deyil, həm də necə uduzacağınızı bilmək çox vacibdi. Bu məsələdə uşaqlara necə nümunə olmağı başa düşmək vacibdi”.

Qeyd edək ki, PSJ hər iki oyunda “Borussiya”ya 0:1 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest