"Yeni baş məşqçimiz bizə yaxşı istiqamət verir. Daha çox hücum futbolu tələb edib. Məşqlərdən zövq alırıq və bunun nəticəsini də "Qarabağ"la oyunda gördük".

"Hər zaman qələbə qazanmaq üçün meydana çıxırıq". Matç.az saytı xəbər verir ki, bu sözləri "Sportinq"in yarımmüdafiəçisi Karlos Mane deyib.

24 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Qarabağ"la keçirilən oyunu dəyərləndirib.

Bakı Olimpiya Stadionundakı qarşılaşmanın son 11 dəqiqəsində meydanda olan Mane yenidən paytaxtımıza gəlmək arzusundadı: "Yeni baş məşqçimiz bizə yaxşı istiqamət verir. Daha çox hücum futbolu tələb edib. Məşqlərdən zövq alırıq və bunun nəticəsini də "Qarabağ"la oyunda gördük. Yaxşı oyunumuzu davam etdirməliyik. Kim bilir, bəlkə 6 aydan sonra yenidən Bakıda olduq. Bu dəfə Avropa Liqasının final matçı üçün. Ancaq ora çatmaqdan ötrü hələ çox mərhələ keçməliyik. Məşqlərdə və oyunlarda əlimizdən gələni edəcəyik ki, arzumuz reallaşsın".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest