İrlandiyanın MMA döyüşçüsü Konor Makqreqor karyerasının başa çatdığını elan edib.

İrlandiyanın MMA döyüşçüsü Konor Makqreqor karyerasının başa çatdığını elan edib.
 
Matc.az xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki hesabında bildirib.
 
"Salam uşaqlar, mən döyüşlərdən getməyə qərar verdim. Gözəl xatirələrə görə hamıya təşəkkür", - o, sosial şəbəkədəki hesabında yazıb.
 
Makqreqor paylaşımına anası Marqaretlə fotosunu da əlavə edib. Foto Las-Veqasda çempionluq uğrunda təkbətək döyüşlərdən birindən sonra çəkilib.
 
İdmançı yaxın keçmişdə artıq bir neçə dəfə - 2016 və 2019-cu illərdə də MMA-da karyerasının başa çatdığını elan edib. Ancaq son nəticədə bunun yalan olduğu üzə çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest